Əsas mövqeyimiz!

Landşaft dizaynında və yaşıllaşdırma işində iri ölçülü ağaclar, qazon, dekorativ kolluqlar və başqa bitkilərin əkilməsi nəzərdə tutula bilər. Bizim işimiz əsasən ondan ibarətdir ki, müxtəlif növ bitkilərin öz aralarında ahəngdar uyğunlaşmasını təmin edərək onları ərazi daxilində savadlı şəkildə yerləşdirilməsini həyata keçirməkdir. “Bizim Yaşıl Məkan” MMC məhz Sizin üçün qazon, müxtəlif növ bitki örtüyü, o cümlədən dekorativ-ekzotik kolluqların istifadəsi ilə tərtib edilmiş Landşaft yaşıllaşdırılması layihəsini təklif edir.

Biz müxtəlif üslublarda (fransız, ingilis, avropasayağı və s.) – klassikdən tutmuş ekstravaqanta qədər istənilən zövqə cavab verə biləcək səviyyədə landşaft dizaynını yarada bilərik. Əraziniz üçün yerinə yetirmək istədiyiniz landşaft dizaynının hansı miqyasda olmasından asılı olmayaraq – qazon və dekorativ kolluqların köməyi ilə həyata keçirilən minimal abadlaşdırılma işlərindən tutmuş ən mürəkkəb dizayn tərtibatlarına qədər – bizə müraciət edin! Landşaft yaşıllaşdırılması və landşaft dizaynının yaradılması üçün vacib olan bütün qazon növlərini, dekorativ- ekzotik kolluqları və digər bitkiləri bizdə tapacaqsınız. Lazım gələrsə, istədiyiniz, amma bizim tinglikdə görmədiyiniz bitki və ağac növlərini sizin istəyinizlə ölkəyə gətirmək imkanımız var. Biz Sizin arzularınızı həyata keçiririk.




Əgər yaşıllaşdırma ilə bağlı şəxsi ideyalarınız varsa, mütəxəssislərimiz onlara əsaslanaraq eviniz və ya ofisiniz üçün unikal landşaft dizaynı layihəsi hazırlayacaqlar. Öz ərazinizdə yaradıla biləcək arzularınızın bağından Sizi cəmi bircə addım ayırır! “Bizim Yaşıl Məkan” MMC yaşayış və iş obyektlərinin həyətyanı sahələrində göz oxşayan və hər bir zövqə cavab verə biləcək səviyyədə landşaft dizaynı tərtib etməklə Sizi arzularınıza çatdıracaq!
             

Əlaqə

“Bizim Yaşıl Məkan” MMC

Ünvan:              Bakı, Xəzər rayonu Binə qəsəbəsi, Binə-Mərdəkan şossesi ev 9

                                Binəqədi rayonu, Binəqədi şossesi 53K

 

Telefonlar:        (012) 511 86 32

                        (012) 511 86 34

                        (012) 415 29 88

                        050 202 84 82

                        050 342 57 80

                        050 349 61 26

                        055 562 99 88

E-mail:              info@bizimyashilmekan.az


                Arxitektur formalar Qalereya Dekarativ elementlər İstixanalar Bədii detallar